• SOSİAL

    18:13 19 mart 2019

Komitə sədrinin müavinlərinin sayı artırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Komitənin sədrinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olub. Fərmana əsasən, Əsasnaməyə edilən dəyişikliyə görə, Komitə sədrinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR