• SOSİAL

    11:09 5 aprel 2019

Dövlət standartlarının layihələrinin 2 ay ictimai müzakirəsi aparılacaq


Azərbaycanda dövlət standartlarının layihələrinin 60 gün ərzində ictimai müzakirəsi aparılacaq.

ONA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Standartlaşdırma haqqında” qanun layihəsində əksini tapıb.


Layihədə qeyd edilir ki, milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Müvafiq texnkii komitəyə daxil olan rəylərə ən geci 1 ay müddətində baxılmalı və rəylər nəzərə alınmadıqda, müəllifinə bu barədə əsaslandırılmış məlumat verilməlidir.


Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR