• SOSİAL

    12:13 29 mart 2019

Dövlət təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsini nəzərdə tutan sənəd qəbul edilib

Bu gün Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib.

ONA-nın məlumatına görə, sənəd barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsinin (Ümumi təhsil müəssisəsi) 12.1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR