• SOSİAL

    11:58 6 aprel 2019

Dövlət Yol Polisi: Dövlət atributunun nəqliyyat vasitəsinin üzərinə yapışdırılması yolverilməzdir

“Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyyət təşkil edir”.

ONA-nın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Şöbə rəisi sürücülərin nəzərinə çatdırıb ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.

R. Quliyev qeyd edib ki, dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür. Şöbə rəisi onu da əlavə edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan vətəndaşının borcudur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR