• SOSİAL

    12:57 27 fevral 2019

Dövriyyədən çıxarılan dərmanların yeniləri ilə əvəzlənməsi təklif olunub

Ombudsman Elmira Süleymanova dövriyyədən çıxarılan dərmanlarla əlaqədar bəzi xəstələrin problemlərlə üzləşməsinə diqqət çəkib.

ONA-nın xəbərinə görə, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Ombudsman tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunmasını təklif edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR