"Hansı ərazidə duman varsa, sürücülər duman işıqlarını yandırıb hərəkət etməlidirlər".
Bu barədə ONA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
O bildirib ki, sürücülərə yaxın işıqlarını yandırıb hərəkət etmək, sürəti minumuma endirmək, ara məsafə normadan artıq saxlamaq tövsiyə olunur: “Hər bir sürücü çalışmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Bunun üçün də diqqətli olmalıdırlar”.
Bölmə rəisi deyib ki, hazırda Bakı şəhər üzrə duman səbəbindən maddi zərərlə nəticələn iki yol qəzası baş verib, xəsarət alan yoxdur.