Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn edilib.
ONA-nın xəbərinə görə, mərhum Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.
Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, 67 yaşlı H. Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində vəfat edib.
Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.