• SOSİAL

    11:11 26 aprel 2019

Ədliyyə Nazirliyi “Mediasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyənləşdirəcək qanun hazırlayacaq

Ədliyyə Nazirliyi “Mediasiya haqqında” qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsi hazırlayacaq.

ONA-nın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi “Mediasiya haqqında” qanunun pozulmasına görə görə məsuliyyət müəyyən edən qanun layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 3-də “Mediasiya haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR