• SOSİAL

    11:34 5 aprel 2019

Ədliyyə Nazirliyi: Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması üzrə islahatlar aparılır

"Məhkəmə sahəsində islahatlar Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir".

ONA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması üzrə islahatlar aparılır.

Nazir müavini bildirib ki, elektron məhkəmə informasiya sistemi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün ölkə məhkəmələrini əhatə edir: "Sistem vasitəsilə məhkəməyə müraciət etmək, proseslə tanış olmaq mümkündür. Eyni zamanda vətəndaşlara məhkəmələrə onlayn qaydada müraciət etmək imkanı da yaradılıb. Bundan başqa, məhkəmə prosesi iştirakçılarının şəxsi kabinetləri də yaradılır ki, bu da əsas yeniliklərdəndir".
A.Cəfərov qeyd edib ki, elektron məhkəmə informasiya sistemi mediasiyanın tətbiqində səmərəli rol oynayacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR