Ədliyyə Nazirliyinin “Elektron icra” İnformasiya Sistemi daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə inteqrasiya ediləcək.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı iki ay əvvəl təsdiq etdiyi “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”da dəyişiklik edib.
Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nı 6 fevral 2019-cu il tarixdə qəbul edib. Həmin informasiya sistemi və ehtiyatlarının siyahısında Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” sisteminin müvafiq komponentləri (tam fəaliyyət göstərənə qədər mərhələli şəkildə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi daxil edilib.