Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən OMA-ya verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83 nəfəri imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.