• SOSİAL

    14:38 11 may 2019

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahan saat 11.00-da başlayıb və 3 saat davam edib.

İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15.00-dan sonra elan olunacaq.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR