• SOSİAL

    11:58 3 iyun 2019

ƏƏSMN daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

ONA xəbər verir ki, onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.

Nazir müavini Vüsal Kərimli bildirib ki, Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulandan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb: "Onlardan 28 may 2019-cu il tarixdə 50 ədəd, bu gün daha 50 avtomobil, beləliklə, artıq 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib".

V.Kərimli qeyd edib ki, ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib: "Bu vaxtadək isə həmin vətəndaşlara 6654 mənzil verilib. 2019-cu ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil verilməsi nəzərdə tutulub. Şəhid ailələri və müharibə əlilləri üçün icra olunan bütün sosial proqramlar, eyni zamanda 20 Yanvar şəhidlərinin ailələrini və 20 Yanvar əlillərini də əhatə edir".

Tədbirdə Nazirlik yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri iştirak edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR