Ege Universitetinin müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetində dərs deyəcəklər
  • SOSİAL

  • 12:10 29 Mart 2019

Ege Universitetinin müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetində dərs deyəcəklər

Türkiyənin Ege Universitetinin kənd təsərrüfatı fakültəsinin müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetində dərs deyəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ONA-nın Türkiyə bürosuna açıqlamasında bildirib ki, bu əməkdaşlıq “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Gəncədə fəaliyyət göstərən Dövlət Aqrar Universitetində İzmir Ege Universiteti kənd təsərrüfatı fakültəsinin türk professor-müəllim heyəti tələbələrə mühazirələr oxuyacaqlar.

Təhsilin sonunda tələbələr hər iki universitetin diplomlarını ala biləcəklər.

Qeyd edək ki, Ege Universiteti Türkiyənin aqrar təhsil sahəsində ən güclü universitetlərindən biridir.

 

İlhamə Qasımlı

Məlahət Nəcəfova

Teqlər: aqrar Ege Türkiyə