Bakı şəhəri üzrə kütləvi dezinfeksiya tədbirləri keçiriəcək.
Bu barədə ONA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib.
O bildirib ki, dezinfeksiya tədbirləri təhsil ocaqları, tibb müəssisələri, parklar, əhalinin sıx məskunlaşdığı yerləri əhatə edəcək.
Hər ay 2 dəfə olmaqla, profilaktik dezinfeksiya tədbirlərinin aparıldığını xatırladan K.Cəfərova qeyd edib ki, kütləvi dezinfeksiya tədbirləri yaz-yay mövsümünün gəlişi ilə əlaqədar aparılacaq.