Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
ONA-nın məlumatına görə, dəyişikliyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələri sırasına daxil edilib.