• SOSİAL

    12:48 11 mart 2019

Ekoloji təhlükəsizliyin pozulmasına görə yeni cərimə müəyyənləşib

Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyənləşib.

ONA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə yeni 275.3-cü bənd əlavə edilir.

Yeni sənədə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəyin verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR