• SOSİAL

    15:22 5 iyul 2019

Eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşı ilə vida mərasimi keçirilir

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

ONA-nın xəbərinə görə, mərasim Təzəpir məscidində təşkil olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından vida mərasiminə əklil göndərilib.

Ə. Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib.

81 yaşlı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR