• SOSİAL

    12:09 17 may 2019

Ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırmaq müddəti bir il olacaq

Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan etibarən 1 il təşkil edəcək.

ONA-nın məlumatına görə, bu, bu gün Milli Məcxlisin plenar iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada prezentasia verilməsi məcburidir.

Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR