Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlanıb
  • SOSİAL

  • 15:38 14 İyun 2019

Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlanıb


Eks-prezident Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın dəfn ediləcəyi yer açıqlanıb.

Bu barədə APA-ya Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.

Onun sözlərinə görə, H.Əliyeva öz vəsiyyətinə əsasən doğulduğu Ordubad rayonunun Kələki kəndində dəfn olunacaq. Cənazə bu gün axşam saatlarından Bakıya gətiriləcək, Bakıdan isə Naxçıvana yola salınacaq.

Qeyd edək ki, 67 yaşlı Həlimə Əliyeva bu gün Türkiyənin İstanbul şəhərində vəfat edib. H. Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

OXŞAR XƏBƏRLƏR