"Bakı Dövlət Universiteti yenilənməyə başlayıb".
ONA-nın xəbərinə görə, bunu BDU-nun rektoru Elçin Babayev Azərbaycan Tibb Universitetində (ATU) BDU-nun nəzdində Tibb fakültəsinin yaranmasının 100 illiyinə həsr edilmiş "Təbabətin aktual problemləri - 2019" beynəlxalq elmi-praktiki konfransın açılış mərasimində deyib.
O bildirib ki, ATU və BDU arasında əməkdaşlıq üçün böyük potensial var: “Görüləcək bütün işlər Vətən və dövlət naminə olmalıdır”.