Elçin Səfəralı oğlu Babayev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.
ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Atası Səfəralı Babayev AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent E.Babayev həm də Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavinidir.
Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də işdən azad olunub. BDU-nun rektor əvəzi isə təhsil nazirinin müavini Firudin Qurbanov idi.