Elçin Quliyev Novruz bayramını İran Sərhəd Qoşunlarının Komandanı ilə birgə qeyd edəcək
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi və İran Sərhəd Qoşunlarının Komandanı Novruz bayramını birgə qeyd edəcək.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən ONA-ya verilən məlumata görə, mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri Novruz bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.