“Bu gün Bakıda kütləvi söküntü işlərinin aparılması nəzərdə tutulmur”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xutor adlanan ərazidə söküntü işlərinin aparılıb-aparılmayacağına münasibət bildirən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizov deyib ki, Bakıda bu sahədə böyük işlər görülüb, müəyyən problemlər də mövcuddur: “Bu kimi məsələlərə ardıcıllıqla baxılır və bu barədə də KİV-lərə məlumat təqdim olunacaq”.