“Elektron şəxsi kabinetdən 2016-cı ildə 58 qeydiyyat var idisə, 2018-ci ildə bu 540, 2019-cu ildə isə bu say 1421 artaraq 1961 qeydiyyat olub”.
ONA xəbər verir ki, bunu jurnalistlərə "Elektron məhkəmə" informasiya sistemində "Müqavilələrin həyata keçirilməsi" göstəricisi üzrə son dəyişiklərin təqdimatı zamanı Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupunun nümayəndəsi, hakim Ramin Qurbanov deyib.
O bildirib ki, yanvar ayından vətəndaşlar məhkəmə bölgüsünü elektron şəkildə izləyə bilərlər: "Məhkəmə işlərinin avtomatlaşdırılmış qaydada bölgüsü şəffaflığın təmini üçün vətəndaşlara açıq şəkildə təqdim olunur. Vətəndaşlar məhkəmə qərarlarını da avtomatlaşdırılmış qaydada görə bilirlər. 100 minə yaxın qərar yerləşdirilib".
R.Qurbanov deyib ki, vətəndaşlar yalnız qərar üçün məhkəmələrə gəlməlidir, başqa prosedurlar elektron qaydada həyata keçirilir: "Elektron qaydadan istifadə edə bilməyən üçün klassik formanı da saxlayırıq".