• SOSİAL

    12:00 17 may 2019

Əli Əhmədov: "Azərbaycan vətəndaşlarını daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir"

“Azərbaycan ən çox islahat aparan ölkələrdən biridir. Bu islahatlardan biri də qida təhlükəsizliyi sisteminin təkmilləşməsi və standartlara uyğunlaşdırılması, insanların sağlam qida təmininə töhfə verilməsi, ixrac potensialının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixrac edilməsidir".

ONA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini Əli Əhmədov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında çıxışı zamanı deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyon nəfərə çatıb: “Əhali sayı artsa da, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bu o deməkdir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb. Azərbaycanın öz əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var. Ölkədə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və çox səmərəli siyasət nəticəsində bu problem köklü şəkildə həll edilib. Azərbaycan üçün bu problem mövcud deyil. Növbəti mərhələdə insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb. Bu gün Azərbaycan öz daxili istehsalı ilə vətəndaşlarını daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir. Amma eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır. Ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Buna görə də qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem deyil. Bu mənada Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. İnsanlarımız bu baxımdan hər hansı nigarançılıq yaşamağa məcbur olmayacaqlar”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR