“Son bir neçə ayda qəbul edilən qərarlar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir”.
ONA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.
Baş nazirin müavini deyib ki, bundan sonra da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq: “Vətəndaşlarımız arxayın ola bilər ki, Prezident İlham Əliyev əhalinin rifahının yaxşılaşdırılması üçün nə mümkündürsə, edir və bundan sonra da edəcək”.