• SOSİAL

    13:21 7 mart 2019

Əli Əhmədov: “Hökumət qadınların ölkənin həyatında daha geniş iştirakı üçün böyük proqram həyata keçirir”

"Azərbaycan cəmiyyəti qədimdən qadınlara böyük hörmət və ehtiram nümayiş etdirib, onların qayğısına qalıb. Qadın hüququ dedikdə, hər şeydən əvvəl qadına hörmət və ehtiram, ona diqqət və qayğı göstərilməsi başa düşülür”.

ONA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Qadınlar dayanıqlı inkişafa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, bu gün qadın hüquqları anlayışının hüdudlarını genişlənib: “İctimai həyatda qadınların iştirakçılığının genişləndirilməsi, kişilərlə bərabər çalışması da qadın hüquqları anlayışına daxil edilib. Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər, yəqin ki, getdikcə bu rol artacaq. Həyatımızın bir sıra sahələrində qadınlar aparıcı rol oynayır, elmdə, təhsildə, qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanırlar. Qadınların intellektual səviyyəsi kifayət qədər yüksəkdir".

Baş nazirin müavini qeyd edib ki, qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur: "Azərbaycan hökuməti qadınların ölkənin həyatında daha geniş iştirak etməsi üçün böyük proqram həyata keçirir. Burada qadınların ictimai həyatda geniş iştirakçılığı, o cümlədən sahibkarlıq fəaliyyətində yaxından iştirak etməsi və bir sıra mühüm məsələlərin həlli nəzərdə tutulur".

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR