• SOSİAL

    16:21 11 aprel 2019

Əli Əhmədov: “İstehsalçılar insanların alıcılıq qabiliyyətini nəzərə almalıdır”

“Azərbaycan bazar iqtisadiyyatına qədəm qoymuş bir ölkədir. Təbii ki, qiymətlər bazarla tənzimlənir”.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, bu barədə baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, istehsalçı istehsal etdiyi malları müəyyən qiymətə satmalıdır: “Amma digər tərəfdən, vətəndaşların digər kateqoriyalarını, insanların alıcılıq qabiliyyətini nəzərə almalıdır. Ona görə də çalışmaq lazımdır ki, bizim qiymət siyasətimiz bazarla tənzimlənsə də, Azərbaycan dövləti ona nail olsun ki, istehsalçının da, istehlakçının da maraqları eyni zamanda qorunsun. Bütün bunlar tənzimləmələri tələb edir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR