Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Binəqədi rayonundakı 11 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
ONA-nın məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb. Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.
Azadlığa buraxılanlar arasında sabiq səhiyyə naziri Əli İnsanov da var.
Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub