Əlil vətəndaşları işə götürən sahibkarlara güzəştlər barədə qanun layihəsi hazırlanacaq.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, belə bir qanun layihəsi aktualdır: “Bu halda dövlət hesabına təhsil alan əlillər də işlə təmin oluna biləcək”.