• SOSİAL

    16:00 24 aprel 2019

Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində yenilik edilib

Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ONA-ya verilən məlumata görə, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır.

Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertlərinin və Agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmələri üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq.

Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin və funksionallığın klassifikasiyası” standartları əsasında hazırlanıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR