Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I dərəcə əlilliyi olan şəxslərə 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manatadək artırılması təklif olunur.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunduğunu bildirib.
I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödəniləcək.
Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçiriləcək.