• SOSİAL

    15:37 29 mart 2019

Əlilliyin müəyyən olunması zamanı nəzərə alınacaq amillər açıqlanıb

Əlilliyin müəyyən edilməsi zamanı nəzərə alınacaq amillər məlum olub.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Əlilliyin müəyyən olunması meyarları" barədə qərar layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, əlilliyin müəyyən olunması meyarlarında aşağıdakı iki amil nəzərə alınır:

Təsnifatlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbi sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin başlıca kateqoriyaları və onların təzahür dərəcələri ilə əlaqədar olaraq insan orqanizminin sabit pozuntularının başlıca növlərini müəyyənləşdirir;

Meyarlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbisosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirir.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR