• SOSİAL

    14:52 26 fevral 2019

Əlilliyin müəyyənləşdirilməsində yeni meyar təklif edilir

Ombudsman Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının məhdudlaşdırılmasının faiz dərəcəsinə görə müəyyənləşdirilməsini təklif edib.

ONA-nın xəbərinə görə, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Ombudsman hesab edir ki, həm də buna uyğun müvafiq sosial dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir.

Məruzədə qeyd edilir ki, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”, “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları” layihələrinin təsdiq olunması da sürətləndirilməlidir. Ombudsman sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılmasını da vacib sayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR