• SOSİAL

    15:40 26 fevral 2019

Elmira Süleymanova aztəminatlı ailələrin evlərinin təmir olunmasını təklif edib

Ombudsman Elmira Süleymanova aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üzrə mexanizm hazırlanmasını təklif edib.

ONA-nın xəbərinə görə, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Ombudsman yerli icra hakimiyyəti orqanları tərəfindən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb edilməklə köhnəlmiş, istismar müddəti keçmiş və yaşayış üçün təhlükəli olan qəzalı binaların müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsini də vacib sayıb. Eyni zamanda sakinlərin üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etməsinə şərait yaradılması məqsədilə yeni salınmış yaşayış massivlərinə ünvanların verilməsi də təklif olunur.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR