Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.
ONA-nın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, polis E. İsayevi Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib.
Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək.
Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.