Əmək pensiyalarının orta aylıq məbləği gələn il 483 manat olacaq.
APA xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Rəydə bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat təşkil edib.
2023-cü ilin sonuna 435,0 manat təşkil edəcəyi gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ilin sonuna 483,0 manat təşkil edəcəyi proznozlaşdırılır.