Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.
ONA-nın məlumatına görə, sərəncama əsasən, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilib.
Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl əmək pensiyasının minimum məbləği 110 manat olub.