• SOSİAL

    16:02 9 aprel 2019

Əmək qanunvericiliyi ilə bağlı 131 hüquq pozuntusu aşkarlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkarlanıb.

Nazirlikdən ONA-ya bildirilib ki, hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.

Aşkarlanan hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR