Emin Əmrullayev: "Yeni qaydalar kollec məzunlarına ali təhsil almaq imkanı verəcək" 
  • SOSİAL

  • 11:36 23 May 2019

Emin Əmrullayev: "Yeni qaydalar kollec məzunlarına ali təhsil almaq imkanı verəcək"

Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları” kollecləri bitirən məzunlara ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olmaq imkanı verir”.

ONA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Qaydalara əsasən, burda yalnız müvafiq ixtisaslara uyğun olaraq seçim etmək olar. Pedaqoji kolleci bitirən şəxslər avtomatlaşdırma sahəsində ali təhsil ala bilməyəcəklər.

O əlavə edib ki, yeni Qaydalar 11 sinfi bitirən məzunların yerini sıxışdırmır, sadəcə olaraq kollec məzunlarına ali təhsil almaq şansı verir.

OXŞAR XƏBƏRLƏR