• SOSİAL

    14:58 14 sentyabr 2020

Əmircanda Murtuza Muxtarov adına park istifadəyə verilib

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

ONA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlət başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoyub.

Azərbaycan Prezidentinə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR