• SOSİAL

    03:40 17 mart 2019

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə yeni vəzifələr həvalə edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” qərarında dəyişikliklər edib.

ONA-nın məlumatına görə, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinə edilən dəyişikliklərə əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə yeni vəzifələr verilib.

Beləliklə, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin vəzifələri sırasına daxil edilib. Artıq Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin vəzifələrinə Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək, əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək də daxildir.

İndiyə qədər Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında Gqli Mülkiyyət Agentliyinə təkliflər verib. Dəyişikliyə əsasən bundan sonra Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi özü aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması barədə qərar qəbul edəcək.

Qüvvədə olan Nizamnaməyə əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görür, xidmətlər göstərir və ödənişlər alır (rüsum və haqlar ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla). Dəyişiklik Mərkəzin təqdim etdiyi xidmətlərin qiyməti ilə bağlıdır. Başqa sözlə, Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid olmayacaq.

İndiyə qədər Mərkəzin saxlanma xərcləri və fəaliyyəti rübdə bir dəfə Mərkəzin Nizamnamə fonduna qoyulmaqla Agentlik tərəfindən maliyyələşdirilib. Həmin vəsait Nizamnamə fondunun artırılmasına yönəldilməyib və rüb ərzində Mərkəzin saxlanma xərclərinə və fəaliyyətinə yönəldilib. Bundan sonra isə Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdiriləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR