• SOSİAL

    12:26 3 noyabr 2020

Ermənilərin təxribatlarının nəticəsi: 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

ONA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR