• SOSİAL

    11:31 16 noyabr 2020

Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla ekoloji terroru davam etdirir - Ombudsman Aparatı

Təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir.

Ombudsman Aparatından APA-ya bildirilib ki, bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR