Eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər müəyyənləşib.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda əksini tapıb.
Beləliklə, eyni zamanda həm eşitmə, həm də görmə funksiyaları pozulmuş əlilliyi olan şəxslər üçün iş yerinə dair tələblər aşağıdakılardır:
- iş yerinə maneəsiz gəlmə və əmək funksiyalarının yerinə yetirilməsi üçün eşitmə və görmə nəzarəti olmadan işlərin yerinə yetirilməsinə imkan verən funksional məqsədli elektron tiflotexniki vasitələrlə təchiz edilmə;
- kompüterdə işləməyi nəzərdə tutan xüsusi iş yerinin görmə və eşitmə nəzarəti olmadan işlərin yerinə yetirilməsinə imkan verən tiflotexniki cihazlarla, brayl-displeyə birləşdirilən teletayp əlaqə qurğusu ilə, əlavə periferik qurğular və funksional məqsədli elektron tiflotexniki vasitələr istifadə edilən tifloorqanayzerlə təchiz edilmə;
- zəruri hallarda iş yerində tiflosurdo tərcümə xidmətindən istifadə imkanının yaradılması.
Eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin əməyindən istifadə olunan ixtisaslaşdırılmış müəssisələrdə onlarla işləmək bacarığına malik mütəxəssisin olması zəruridir.