• SOSİAL

    13:58 25 may 2019

ETSN 3 gün ərzində gözlənilən hava şəraitini açıqlayıb

Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, respublikanın rayonlarında 26, 27, 28 may tarixlərində hava şəraitinin dəyişkən olacağı gözlənilir.

“May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək”, - məlumatda qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR