• SOSİAL

    15:47 30 aprel 2019

ETSN: Bu yaz 863 mindən çox ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb.

ETSN-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR