• SOSİAL

    12:27 3 iyun 2019

ETSN: Bakı və Abşeronda müşahidə olunan hava anomal sayılmır

“Bakı və Abşeronda müşahidə olunan hava anomal sayılmır”.

Bunu ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, iyun ayında ən yüksək temperatur 1996-cı ildə qeydə alınıb: “Həmin vaxt 40 dərəcə isti müşahidə olunub. Son günlərdə havanın hərarəti isə 40 dərəcədən yuxarı qalxmayıb. Müşahidə olunan temperatur anomal sayılmır”.

A. Verdiyevin sözlərinə görə, iyun ayının ilk 10 günlüyündə havanın temperaturu gün keçdikcə yüksələcək və iqlim normasından yüksək olacaq: “Yaxın 2-3 gün ərzində də bu cür isti hava şəraiti davam edəcək. Hazırkı temperatur iqlim normasından 4-6 dərəcə yüksəkdir”.

Baş hidroloq qeyd edib ki, hazırda ölkə çaylarında gursululuq davam etməkdədir: “Havaların nisbətən isti və yağmursuz keçməsi nəticəsində çaylarda azalma müşahidə oluna bilər, ancaq quraqlıqdan söhbət gedə bilməz”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR