"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkı ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir".
ONA xəbər verir ki, bu barədə mətbuat konfransında jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, maraqlanan sahibkarlar may ayının 31-dək nazirliyə müraciət edə bilərlər. Departament direktoru inandığını bildirib ki, burada vətəndaşlar şüurlu şəkildə təmizliyə riayət edəcəklər: “Orada təmizlik üçün kifayət qədər şərait var”.